Modern.az

Erməni baş nazir Putinlə “Zəngəzur dəhlizi”ndən DANIŞDI

Erməni baş nazir Putinlə “Zəngəzur dəhlizi”ndən DANIŞDI

31 Oktyabr 2022, 16:34

“Ermənistan ərazisindən keçən kommunikasiyalar İrəvanın tam nəzarətində olmalı və Ermənistan qanunvericiliyinə uyğun işləməlidir”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə “Zəngəzur dəhlizi”ndən danışarkən deyib.


“Rusiya FTX-nin sərhəd departamenti öz növbəsində əldə olunmuş razılaşmaların icrasına nəzarət etməlidir”, - baş nazir qeyd edib.


O əlavə edib ki, Ermənistan kommunikasiya marşrutlarının açılmasında son dərəcə maraqlıdır və 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq istənilən vaxt qərar qəbul etməyə hazırdır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür