Sabah Azərbaycan və Ermənistan rəsmiləri görüşəcək

Sabah Azərbaycan və Ermənistan rəsmiləri görüşəcək

Qərbi Azərbaycan

2 Noyabr 2022, 11:02

Sabah Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 

Görüş Brüsseldə baş tutacaq. 

 

İclasda Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan və Azərbaycanı isə Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək. 

 

Qeyd edək ki, tərəflər üçüncü dəfə görüşəcəklər. Bundan əvvəlki görüşlər Moskvada baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi