Modern.az

Ermənistan ölən hərbçilərin yaşlı analarını yenidən doğmağa çağırır - FAKTLAR

Ermənistan ölən hərbçilərin yaşlı analarını yenidən doğmağa çağırır - FAKTLAR

10 Noyabr 2022, 12:02

Son vaxtlar Ermənistanda qəribə tendensiya müşahidə olunur. Belə ki, 44 günlük müharibədə ölən hərbçilərin orta yaşdan yuxarı olan anaları yeni körpələr dünyaya gətirməyə başlayıblar.

Modern.az xəbər verir ki, sonuncu belə hadisə noyabrın 8-də baş verib. 44 günlük müharibədə ölən əsgər Norayr Vardanyanın qardaşı və bacısı dünyaya gəlib, yəni onun anası əkiz körpələr doğub. Uşaqlara Vaqram və Lilit adı verilib.

Sosial şəbəkələrdə və KİV-lər yayılan bəzi məlumatlardan belə qənaətə gəlmək olur ki, Ermənistanın Səhiyyyə Nazirliyi 44 günlük müharıbədə övladlarını itirmiş ailələrə yeni körpələr dünyaya gətirməyi təlqin edir, onlara bir sıra güzəştlər vəd olunur.
 

Bu vədlərə şirnikləşən bəzi erməni qadınlar sanki yarışa girirlər ki, təsəlli üçün 20-22 yaşlarında ölən oğullarını əvəz edən yeni bir övlad dünyaya gətirsinlər. O da bəzilərində alınır, bəzilərində isə təbii olaraq qız övladı doğulur.
 

Ermənistan Səhiyyə Nazirliyinin məlumata görə, 31 oktyabr 2022-ci il tarixinə “Sonsuzluğa qalib gəlmək” proqramının köməyi ilə 44 günlük müharibədə oğlunu itirən 25 ailədə 26 uşaq dünyaya gəlib.

Daha bir neçə belə ailə isə körpə gözləyir.

Məlumatlara görə, 44 günlük müharıbədə övladlarını itirmiş bəzi erməni analar körpələrə təbii yolla, bəziləri isə süni mayalanma yolu ilə hamilə qalıb.

Yayılan məlumatlarda o da qeyd olunur ki, müharibədə oğullarını itirmiş bütün ailələr “Sonsuzluğa qalib gəlmək” proqramına qoşulmağa razı deyillər. Əksər belə valideynlər yaşlandıqlarını və yenidən övlad böyütməyin çətinliklərini əsas gətirərək bu kampaniyaya qoşulmağı qəbul etmirlər.


Ermənistan Səhiyyə Nazirliyi qeyd edib ki, 44 günlük müharibədə ölən hərbçi ailələrində “Sonsuzluğa qalib gəlmək” proqramı çərçivəsində doğulan ilk uşaq artıq 9 aylıqdır.

Rəsmi məlumatlara görə, Ermənistan 44 günlük II Qarabağ müharibəsində 3900 nəfəfərə yaxın itki verib.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir