Modern.az

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır

Qərbi Azərbaycan

17 Noyabr 2022, 15:23

“2023-cü ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. Azərbaycan bütün bu nəhəng uğurlara 30 il ərzində nail olub. Bu gün dünyada 100 illik müstəqillik tarixi olan ölkələr var ki, nə dövlət, nə də ordu qura biliblər”.


Modern.az xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 


“Bu gün Azərbaycan bir tərəfdən Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən heç bir axsatmaya yol vermədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır".

 

Deputat əlavə edib ki, bu ilin dövlət büdcəsində ən çox vəsait ayrılan sahələrdən biri də təhsildir:

 

"Məlum olduğu kimi, növbəti il üzrə təhsil xərcləri üçün 4423 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, 2022-ci illə müqayisədə 13,8 faiz, 2021-ci illə müqayisədə 43 faiz çoxdur. Söhbət burada iki il ərzində təhsilə ayrılan vəsaitin təxminən 50 faizə yaxın artırılmasından gedir. Bu ölkəmizin təhsilə verdiyi önəmin və diqqətin növbəti parlaq təzahürüdür. Eyni zamanda 2023-cu ilin dövlət büdcəsindən elmin maliyələşdirilməsinə 228 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Burada təhsilə ayrılan vəsaitlə elmə ayrılan vəsait arasında böyük fərq açıq görsənir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü