Modern.az

Nazirdən Laçın dəhlizi ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

Nazirdən Laçın dəhlizi ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

Qərbi Azərbaycan

24 Noyabr 2022, 17:28

Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda dəhlizdən istifadə istiqamətləri müəyyən edilib. 

 

“Dəhliz bəyanata zidd olaraq istifadə edilir və buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”,- deyə nazir Laçın dəhlizi ilə bağlı xəbərdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub