Modern.az

“Məni də çox vaxt “türk” adlandırırlar, ancaq...” - Paşinyandan TƏKLİF

“Məni də çox vaxt “türk” adlandırırlar, ancaq...” - Paşinyandan TƏKLİF

12 Dekabr 2022, 11:32

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır. Baş nazir həm rəsmi, həm də gündəlik səviyyədə söylənilən yumşaq nitqi tərəflər arasında atmosferin yaxşılaşdırılması üçün mühüm element hesab edir.

Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq kimlərinsə “türk”, “erməni” adlandırılması praktikasına son qoyulmasının vacibliyini bəyan edib.

Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o, bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir olmamalıdır.

Paşinyan bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib.

"İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm - Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda "nifrət nitqi"ni istisna etmək üçün istifadə edilməlidir", - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü