Modern.az

Zəngəzur dəhlizi regional sülhün təminində müsbət rol oynayacaq

Zəngəzur dəhlizi regional sülhün təminində müsbət rol oynayacaq

12 Dekabr 2022, 16:57

"Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

 

"Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək", - nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir