Modern.az

Əhalinin yarıdan çoxu Zəngəzur dəhlizinin açılacağına inanır

Əhalinin yarıdan çoxu Zəngəzur dəhlizinin açılacağına inanır

16 Dekabr 2022, 11:14

Azərbaycanda keçirilən sorğuda iştirak edən respondentlərin 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi əsasən inandığını bildirib. 

 

Modern.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin "Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” adlı sorğusunun nəticələrində öz əksini tapıb.

 

Belə ki, respondentlərin 4,1 faizi dəhlizin açılmasına əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

 

Qeyd edək ki, rəy sorğusu 5 dekabr – 11 dekabr 2022-ci il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?