Modern.az

Ermənilər Qarabağda havaya helikopter qaldırmaq İSTƏDİLƏR

Ermənilər Qarabağda havaya helikopter qaldırmaq İSTƏDİLƏR

19 Dekabr 2022, 18:10

Xəbər verildiyi kimi, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının müşayiəti ilə Qarabağdan olan bir erməni xəstə Laçın yolu ilə Ermənistana aparılıb.


Modern.az-ın məlumatına görə, ürək patologiyası olan xəstə Xankəndi xəstəxanasından təcili yardım maşını ilə çıxarılıb və azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiya ərazisindən hərəkət edib.

“Hraparak” qəzeti yazır ki, Qarabağ erməniləri əvvəlcə xəstəni sanitar helikopterlə Ermənistana aparmağı müzakirə ediblər. Lakin Rusiya sülhməramlıları buna icazə verməyiblər. Sonda təcili yardım maşınından istifadə olunub.

Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?