Modern.az

Ermənistan son 2 ildəki əsir və itkinlərinin sayını açıqladı

Ermənistan son 2 ildəki əsir və itkinlərinin sayını açıqladı

Qərbi Azərbaycan

20 Dekabr 2022, 09:50

Ermənistan tərəfi 2020-ci ildəki 44 günlük müharibədə və bu il baş vermiş sentyabr döyüşlərində itkin düşənlərin sayını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bildirib.

Abazyan deyib ki, Qarabağda 44 günlük müharibədən sonra Ermənistan tərəfdən 217, bu ilin sentyabr döyüşlərindən sonra daha 3 nəfər itkin düşüb.

Armen Abazyan iddia edib ki, 2020-ci ilin hərbi əməliyyatlarından bəri 33 erməni hərbçi hələ də Azərbaycanda əsirlikdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı