Modern.az

Ekoloji terror normal qarşılana bilməz

Ekoloji terror normal qarşılana bilməz

24 Dekabr 2022, 12:39

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaq”.

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

 

M.Babayev qeyd edib ki, dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir.

 

Nazir ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib:

 

"“Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük. Şaxtalı havaya baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi