Modern.az

Lavrovun mesajı Paşinyanla Vardanyanı çarəsiz duruma salıb - ŞƏRH

Lavrovun mesajı Paşinyanla Vardanyanı çarəsiz duruma salıb - ŞƏRH

Qərbi Azərbaycan

24 Dekabr 2022, 15:16

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dünən gün ərzində az qala zəng etmədiyi həmkarı qalmadı, hamıya Azərbaycandan şikayət etdi.

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan rəsmilərinin Laçın yolundakı vəziyyətlə bağlı fəaliyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı baş nazir Nikol Paşinyan telefondan ikiəlli yapışmışdısa, hazırda o bu işi nazirinə tapşırıb.

“Ermənistan hakimiyyəti son bir həftədə Azərbaycana qarşı bütün mümkün təzyiq alətlərdən istifadə etməyə çalışdı, ancaq nə BMT Təhlükəsizlik Şurasının “çağırışı”, nə ermənipərəst konqresmenlərin bəyanatları, nə də Fransa prezidenti Emmanuel Makronun Bakıya zəngi Ermənistanla Qarabağı birləşdirən yoldakı etirazımıza əngəl oldu. Proses davam edir. Humanitar yardıma maneə yoxdur, xəstələr yoldan istifadə edirlər. Kreml xarici işlər naziri Sergey Lavrovun dili ilə İrəvana mesaj yolladı ki, Rusiyanın hərbi kontingenti yoldakı etiraza müdaxilə etməyəcək. Nikol Paşinyan və Ruben Vardanyan çarəsiz durumdadırlar”, - E.Şahinoğlu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır