Modern.az

Qərbi Azərbaycan İcması xaricdə ofislər açacaq

Qərbi Azərbaycan İcması xaricdə ofislər açacaq

Qərbi Azərbaycan

27 Dekabr 2022, 20:52

Qərbi Azərbaycan İcmasının xarici ölkələrdə ofisləri açılacaq.

 

Bunu Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirib.

 

O, ölkə xaricində yaşayan Qərbi Azərbaycandan olan soydaşlarımızın da təbliğat işlərinə cəlb ediləcəyini söyləyib.

 

“Xaricdə xeyli sayda Qərbi azərbaycanlı yaşayır. Avropada, Yaxın Şərq ölkələrində, Rusiyada, xüsusilə də Türkiyə ərazisində Qərbi Azərbaycan əsilli çox sayda soydaşlarımız var. Həmin şəxslərin də tarixi vətənlərinə bağlılığını təmin etmək lazımdır. Bizim aparacağımız bütün işlərdə onların iştirakı son dərəcə vacibdir. Xarici ölkələrdə icmanın ofisləri açılacaq. Azərbaycan evləri, diaspor təşkilatları ilə sıx əlaqə saxlanılacaq. Bütün  vasitələrdən istifadə edərək Qərbi Azərbaycan həqiqətləri, son 200 ildə həmin ərazidə baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”, - deyə icma rəhbəri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!