Modern.az

"Öz kəndimdə müəllim işləyəcəm” - Qərbi Azərbaycana qayıdırıq - VİDEOREPORTAJ

Qərbi Azərbaycan

29 Dekabr 2022, 15:46

Dekabrın 24-də, doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşən Prezident İlham Əliyev öz yurdundan zorla qovulmuş minlərlə soydaşımıza müjdəli xəbəri çatdırdı – İllərlə həsrətində olduğumuz Qərbi Azərbaycana qayıdacağıq…

 

Qarabağda tarixi zəfərə imza ataraq 30 illik işğala son qoyan Ali Baş Komandan ziyalılar qarşısında yeni hədəfimizi göstərdi və Azərbaycandan qoparılaraq Ermənistana verilmiş tarixi torpaqlarımıza böyük qayıdışın anonsunu verdi.

 

Dövlət başçısının çıxışını sevinclə qarşılayan Qərbi azərbaycanlılar tezliklə öz evlərinə qayıdacaqlarına inanırlar.

 

Elə qonağı olduğumuz Qəmbərovlar ailəsi də ümidlə həmin günü gözləyirlər. “Bir gün biz də dönəcəyik”, - deyən müsahiblərimiz Qərbi Azərbaycanda qoyub gəldikləri öz yurdlarının həsrətilə yaşayır, amma ümidlərini itirmədiklərini deyirlər.

 

Ətraflı Modern.az-ın hazırladığı videoreportajda:

 

 

Video: Əjdər İbrahimov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı