Modern.az

Qərbi Azərbaycan indiki Azərbaycanın tarixi ərazisidir

Qərbi Azərbaycan indiki Azərbaycanın tarixi ərazisidir

Qərbi Azərbaycan

6 Yanvar 2023, 11:08

Ermənilər Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı Azərbaycan toplumuna qarşı ağır hərbi cinayətlər törədiblər. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycanlılar buradan deportasiya edilərək zorla çıxarılıblar. Qərbi Azərbaycan ərazisi‚ yəni, Zəngəzur‚ Göyçə və İrəvan qədim Azərbaycandır.

 

Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin yaydığı bəyanatda əksini tapıb. 

 

Modern.az bəyanatı təqdim edir:

 

Tarixi mənbələr göstərir ki‚ məhz çarizmin dövründə ermənilər buraya məqsədli və düşünülmüş şəkildə kütləvi halda köçürülərək Çar imperiyasına etnik dayaq yaradılmışdır. Bu siyasət rus çarı birinci Pyotrdan başlamış və Sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş və Sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə verilərək burada‚ yəni, bu Azərbaycan torpaqları üzərində Sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Amma və lakin heç bir tarixi mənbə burada qədim erməni varlığını və tarixdə hər hansısa bir erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni, bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını mötəbər dəlillərlə sübut edir. Ancaq ermənilərin şovinist, etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan izləri dağıdılmış və yerlə-yeksan edilmişdir. 1988-ci ildən başlayaraq bu ərazilərdə yaşayan azərbaycanlılar zorla və hərbi güc tətbiqi ilə öz dədə-baba torpaqlarından qovularaq ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olublar.

 

Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara vaxtilə böyük zülm edilib‚ onlar ağır təqiblərə‚ hücumlara məruz qalıblar. Ermənilər orada yaşayan azərbaycanlılara qarşı da genosid siyasəti həyata keçiriblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi azərbaycanlılarla keçirdiyi görüş və Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışını etməsi son dərəcə əlamətdar hadisədir.

 

Biz Azərbaycan Prezidentinin Qərbi Azərbaycan məsələsinə dair fikirlərinə öz siyasi dəstəyimizi ifadə edirik. Zəngəzur‚ Göyçə‚ İrəvan ərazilərinin hamısı tarixi Azərbaycan torpaqları olduğuna görə, Qərbi Azərbaycan məsələsində də Azərbaycanın haqlı tərəf olduğunu bəyan edirik.

 

Azərbaycan dövlətinin atdığı hər bir addımı dəstəkləyir‚ Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsində də Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildirir‚ ermənilərin şovinist və etnik təmizləmə siyasətini isə şiddətlə pisləyirik. Biz 1988-1989-cu illər və daha sonralar ermənilərin bütün azərbaycanlılara qarşı həyata keçirtdiyi etnik təmizləmə və genosid siyasətini milli, irqi zəmində törədilən ağır hərbi cinayət və terror əməli hesab edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər