Modern.az

AMEA-da Qərbi Azərbaycanla bağlı Əlaqələndirmə şurası YARADILDI

AMEA-da Qərbi Azərbaycanla bağlı Əlaqələndirmə şurası YARADILDI

17 Yanvar 2023, 17:37

AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb.

 

AMEA-dan Modern.az-a verilən xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı bildirilib. Eyni zamanda 2023-cü il üzrə AMEA-da aparılacaq elmi tədqiqat işlərinin əhatəli planı, eləcə də 2023-cü ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfransların planı təsdiqlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir