Modern.az

100 mindən çox Qərbi azərbaycanlı siyahıya alınıb

100 mindən çox Qərbi azərbaycanlı siyahıya alınıb

Qərbi Azərbaycan

23 Yanvar 2023, 12:50

Yüz mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub, hazırda bu proses davam edir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.

 

O bildirib ki, Qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Hər gün 250-300 Qərbi azərbaycanlı İcmada qeydiyyata alınmaq üçün təşəbbüs göstərir.

 

Əslən indi “Ermənistan” adlanan ərazidən olan soydaşlarımızın da qeydiyyata alındığını bildirən Ü.Zülfiqar deyib ki, 1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, ondan əvvəl köçməyə məcbur edilənlər və onların varisləri arasında da qeydiyyata alınanlar var.

 

O, həmçinin vurğulayıb ki, "Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən təkliflər göndərilib və bu təkliflərin hər biri qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür