Modern.az

15 erməni əsgərin öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - VİDEO

15 erməni əsgərin öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - VİDEO

Qərbi Azərbaycan

26 Yanvar 2023, 10:00

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.

 

Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

 

AZTV əməkdaşları 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.

 

Daha ətraflı reportajda tanış ola bilərsiniz:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır