Modern.az

Qərbi Azərbaycana qayıdışla bağlı SORĞU - Əhali buna inanır

Qərbi Azərbaycana qayıdışla bağlı SORĞU - Əhali buna inanır

Qərbi Azərbaycan

22 Fevral 2023, 14:24

Azərbaycanda keçirilən sorğuda iştirak edən insanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

 

Modern.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin “Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” adlı sorğusunun nəticələrində əksini tapıb.

 

Sorğu iştirakçılarının 46.5%i “tam inanıram”, 28.1%-i “əsasən inanıram”, 7%-i “əsasən inanmıram”, 10.40%-i “heç inanmıram” cavablarını qeyd edib. Onların 8.1%-i cavab verməkdə çətinlik çəkib.

 

Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79%-i, qadınların isə 71%-i qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir.

 

Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir.  Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 58%-i qayıdışın baş tutacağına tam inandığını bildirib. “Əsasən inanıram” deyənlər isə 26%-ə bərabər olub. Başqa sözlə, 18-24 yaş qrupunda olanların 84%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.

 

25-34 yaş qrupundakı insanların 50%-i “tam inanıram”, 27%-i “əsasən inanıram” variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6%-i “əsasən inanmıram”, 8%-i “heç inanmıram” cavabını verib.

 

35-44 yaş qrupunda olanların isə 74%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45-54 yaş qrupu üzrə 75% təşkil edib. Bu göstəricilər çox əsirlik qan yaddaşının oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir.

 

65 və yuxarı yaş qrupundakı respondentlərin 80%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər