Modern.az

ATƏT PA-da Qərbi Azərbaycanla bağlı məsələ qaldırıldı - VİDEO

ATƏT PA-da Qərbi Azərbaycanla bağlı məsələ qaldırıldı - VİDEO

27 Fevral 2023, 18:08

ATƏT PA-nın Vyanada 21-25 fevral 2023-cü il tarixlərində keçirilən qış sessiyasında Qərbi azərbaycanlı icmasının pozulmuş hüquqlarının bərpa edilməsi məsələsi qaldırılıb.

 

Modern.az-ın məlumatına görə, ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində, Azərbaycan nümayəndələri, habelə Tural Gəncəliyev İnsan Hüquqları Komitəsinin iclasında çıxış edərək, Ermənistanın təcavüzü nəticəsində indiki Ermənistan ərazisindən yüz minlərlə Qərbi Azərbaycanlı icmasının qovulduğunu, onların əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, sözügedən insanların öz torpaqlarına geri dönə bilmədiklərini xüsusi qeyd ediblər. 

 

Çıxışlarda habelə, 4000 nəfər itkin düşmüş azərbaycanlı haqqında hələ də heç bir xəbər olmadığı, mina problemi, Azərbaycana məxsus tarixi və mədəni irsin dağıdılması və Ermənistanın törətdiyi digər cinayətlər haqqında məlumatlar ATƏT iştirakçı ölkələrinin parlamentarilərinin diqqətinə çatdırılıb.

 

Qərbi azərbaycanlı icmasının pozulmuş hüquqlarının bərpa edilməsi məsələsi ilə bağlı çıxışın videosunu diqqətinizə təqdim edirik:

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir