Modern.az

Şurnuxu və Bazarçay sakinlərinə kompensasiya veriləcək

Şurnuxu və Bazarçay sakinlərinə kompensasiya veriləcək

Qərbi Azərbaycan

2 Mart 2023, 11:26

Ermənistan hökuməti Sünik vilayətinin (Zəngəzur) Şurnuxu və Bazarçay kəndlərinin sakinlərinə kompensasiya verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, evləri Azərbaycanın ərazisinə düşən erməni sakinlərə tezliklə təzminat ödəniləcək. Lakin dəqiq tarix açıqlanmayıb.

 

Qeyd edək ki, işğal dövründə sərhəddə yerləşən bu kəndlərin sahəsi Azərbaycan əraziləri hesabına qanunsuz şəkildə böyüdülmüşdü. II Qarabağ müharibəsindən sonra evlərini və təsərrüfatlarını həmin hissədə - Azərbaycanın Qubadlı rayonu ərazisində yerləşdirmiş erməni ailələri kəndin digər hissəsinə köçürülmüşdü.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi