Modern.az

Azərbaycan vətəndaşı belə düşünməli deyil - Eldar Namazov

Azərbaycan vətəndaşı belə düşünməli deyil - Eldar Namazov

Qərbi Azərbaycan

3 Mart 2023, 12:24

“Bizə Qərbi Azərbaycana Qayıdış konsepsiyasından başqa yol xəritələri də lazımdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə politoloq Eldar Namazov bildirib.

 

“Bu istiqamətdə işlərimizi düzgün formalaşdırmaq üçün yol xəritəsi yaradılmalıdır. Biz bu yolda daha çox xarici auditoriya ilə işləməliyik. Beynəlxalq təşkilatlarda Qərbi azərbaycanlıların hüquqları tələb olunmalı, onlara dəyən ziyan tam araşdırılmalıdır. Daxili auditoriyaya da nəzarət etmək lazımdır. Hansısa Azərbaycan vətəndaşı düşünürsə ki, Azərbaycan torpaqları işğal olunmayıb, oradan soydaşlarımız deportasiya edilməyib, onlarla bağlı qanunvercilik formalaşmalıdır. Tarixi faktları inkar etmək olmaz, Azərbaycan vətəndaşı belə düşünməli deyil”, - deyə politoloq vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir