Modern.az

Atalarımızın yaratdığı irsə sahib çıxmalıyıq - Deputat

Atalarımızın yaratdığı irsə sahib çıxmalıyıq - Deputat

7 Aprel 2023, 11:16

Ata-baba torpaqlarımıza qayıtmaq bizim haqqımızdır. Biz Qərbi Azərbaycanda atalarımızın yaratdığı irsə sahib çıxmalıyıq.

 

Modern.az xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

 

"Bildiyiniz kimi, bu yöndə Konsepsiya hazırlanıb. Cənab Prezidentin də qeyd etdiyi kimi bu konsepsiya bütün beynəlxalq hüquq və prinsipləri özündə birləşdirir. Bu ərazilərdə ermənilər zamanla 500 qəbri, 391 məscidi, 75 tarixi abidəni məhv edilib. Üstəlik, Ermənistanda olan yeganə məscid - Göy məscidi fars məscidi kimi təqdim etmək də bu təcavüz siyasətinin parçasıdır", - deputat əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır