Modern.az

Zəngəzur dəhlizinə təcili ehtiyac var – Hulusi Akar

Zəngəzur dəhlizinə təcili ehtiyac var – Hulusi Akar

5 May 2023, 13:50

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ingilis dilində fəaliyyət göstərən "TRT World” nəşrində “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqalə yazıb.

 

Modern.az xəbər verir ki, o, məqalədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən, Zəngəzur dəhlizindən bəhs edib.

 

Akar bildirib ki, Ermənistan və Azərbaycan qoşunları arasında cəbhə xəttində ara-sıra atışmalar və gərginlik, son zamanlar tərəfləri sülh razılaşmasına çatdırmaq cəhdlərində indiyədək heç bir uğur əldə edilməməsi narahatlıq doğurur. O qeyd edib ki, regionda vəziyyət kövrəkdir, sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır.

 

Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan və onun eksklavı olan Naxçıvan arasında Ermənistan ərazisindən quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılması atəşkəs sazişində ermənilərin qəbul etdiyi şərt idi:

 

"Bu, iki ölkə arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım idi. Azərbaycanla quru əlaqəsi olmayan, Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Naxçıvanın insanların və malların sərbəst hərəkəti üçün bu dəhlizə təcili ehtiyac var".

 

Akarın sözlərinə görə, Zəngəzur dəhliz davamlı sülhə və hamı üçün iqtisadi rifaha gətirib çıxaracaq.

 

“Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlükə yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək”, - deyə nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı