Modern.az

“Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb

“Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb

Qərbi Azərbaycan

10 May 2023, 17:56

Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab prezident İlham Əliyev çıxışlarında qeyd edir ki:

 

“...Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək...

 

Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Qərbi Azərbaycan İcması tarixi faktlara, beynəlxalq konvensiya və beynəlxalq hüququn prinsiplərinə əsaslan Sülhsevər Qayıdış Konsepsiyasını hazırlayaraq qəbul etmişdir. 

 

Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. Amalı dədə-baba yurduna qayıtmaq olan Qərbi Azərbaycan İcmasına, o yurddan olan insanların, xüsusilə ağsaqqalların və ziyalıların böyük marağı və axını vardır. Bu baxımdan, Qərbi Azərbaycan İcmanın üzərinə böyük tarixi missiya düşür. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bügünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür. Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasındakı görüşündə qarşımıza qoyduğu vəzifələrdən biri kimi həm tarixi həqiqətlərin, həm tarixi abidələrimizin, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlərin, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktları özündə əks etdirən rəqəmsal platformalar hazırlanır və həyata keçirlir. 2023 ilin martında Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İndiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.

 

Onu da qeyd edim ki, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. O cümlədən, Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat yayıb. “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin əvvəlindən başlayaraq erməni əsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycan əsilli şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb...Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan cinayətlərin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə)maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

 

Həmçinin Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.  İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciətdə aşağıdakılar bildirilir: “Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik. qeyd edək ki, müraciətin surəti BMT-nin İnsan Hüquqları Şurasının sədri Zati-aliləri cənab Vatslav Balekə və BMT-nin mədəni hüquqlar sahəsində xüsusi məruzəçisi xanım Aleksandra Xantakiyə göndərilib. Məlumdur ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. İcma bəyanat verərərk Ermənistan hökumətindən oradakı Azərbaycan mədəni irsini dağıtmağı dərhal dayandırmağı tələb edib. İcma həmçinin, Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinı, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsini təmin etmək üçün UNESCO-ya çağırış edir. Avropa İttifaqının Ermənistanda missiyanın rəhbəri Markus Ritter bu yaxınlarda bəyanat verərək, Azərbaycanın Ermənistana xəyali hücumunun qarşısını almaqdan dəm vurub. Ritter bununla da tarixçəsi Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda verməyə cəhd edib. Qərbi Azərbaycan İcması Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbərinə cavab verib. İcmaının bəyanatında qeyd olunub ki, "Biz Ritterə xatırlatmaq istərdik ki, Avropa İttifaqının insan hüquqlarının müdafiəsi məqsədi ilə göndərdiyi missiyanın üzərinə Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı böyük və konkret vəzifə düşür. Onun missiyasının açıldığı sərhəd zonasında yerləşən yaşayış məskənlərinin demək olar ki, hamısı azərbaycanlıların yaşamış olduqları və etnik təmizləməyə məruz qaldıqları məkanlardır. Əminik ki, missiya o kəndlərdə dağıdılmış azərbaycanlı məzarlıqlarını və mədəni irsini hər gün görür. Belə olan təqdirdə, missiya rəhbəri öz mandatına uyğun olaraq, gözünün qarşısında olan insan hüquqları pozuntuları ilə məşğul olmaq əvəzinə iftira və təxribat xarakterli bəyanat verməsi təəssüf doğurur". 

 

Qərbi Azərbaycan İcması Avropa Parlamenti 2023-cü il martın 15-də Avropa İttifaqının Azərbaycan və Ermənistan ilə əlaqələrinə dair qətnamələri bağlı etiraz olaraq müvafiq qaydada müraciət olunaraq bildirilib ki, Avropa Parlamentini qərəzli yanaşmadan əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq. İcma öz işlərini daha da fəallaşdırmaq üçün xarici ölkələrdə görüşlər və tədbirlər həyata keçirir. Elə bu yaxınlarda İcma rəhbərliyinin Almaniyada keçirdikləri görüşlər buna əyani sübutdur. O cümlədən, Qərbi Azərbaycan İcması müvafiq qaydada təşkilatı işlər də həyayat keçirərək İcma tərkibində fəaliyyət gösərən , Şuraların fəaliyyətlərinin tənzimlənməsi istiqamətində təşkilatdaxili normativ sənədlər hazırlayaraq qəbul etmişdir. İcma tərkibində fəaliyyət göstərən Şuralar müxtəlif mövzularada tədbirlər həyata keçirmiş, Şura üzvləri müvafiq istiqamətdə yerli və xarii KİV-lərdə məqalə və müsahibələrlə çıxış etmişlər. Xüsusilə qeyd etməliyəm ki, Qərbi Azərbaycan İcması akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər həyata keçirmişdir. Cənab Prezident İlham Əliyev qarşımıza qoyduğu əsas vəzifələrdən biri kimi İcmanın bundan sonra daha da mütəşəkkil formada fəaliyyət göstərməsinin təmini üçün müxtəlif platformalar həyata keçirəcəyik. Əminik ki, dövlətimiz heç bir güc tətbiq etmədən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını reallaşdıracaq, tarixi ədalət bərpa olunacaq. Bu baxımdan, xalq olaraq öz Liderimizə güvənməli, Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq. Bu baxımdan, məndə Qərbi Azərbaycan İcmasının Ağsaqqlallar Şurasının sədri kimi, alim kimi, parlamentar kimi və ən nəhayət Qərbi Azərbaycanlı kimi İcmanın işində bilavasitə yaxından iştirak edirəm və cənab prezidentin bizimlə görüşündəki çıxışı, bəyənatları, fərman və sərəncamları əsasında, o cümlədən beynəlxalq hüququn prinsiplərinə uyğun sülsevər qayıdış konsepsiyasının həyata kekirilmdəsindəəməli işlər görəcəyik. Eyni zamanda, artıq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın siyahıya alınması ilə bağlı böyük işə başlamışıq. Əminliklə inanırıq ki, torpaqlarımızın azad edilməsi arzusu “Dəmir yumruq”la neçə çin oldusa, Qərbi Azərbaycanla bağlı ümidlərimiz də “dəmir iradə” ilə reallaşacaq!

 

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, “Qərbi Azərbaycan İcması” Ağsaqqallar Şurasının sədri,

akademik

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü