Modern.az

Ermənistan Zəngəzur dəhlizini açmasa, məcbur edəcəyik - Səfir

Ermənistan Zəngəzur dəhlizini açmasa, məcbur edəcəyik - Səfir

Qərbi Azərbaycan

1 İyun 2023, 17:42

"Ermənistan Zəngəzur dəhlizini açmalıdır, bu, onun borcudur".

 

Modern.az "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Strateji Düşüncə İnstitutu tərəfindən təşkil olunmuş "Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi" adlı paneldəki çıxışı zamanı deyib.

 

"Zəngəzur dəhlizi strateji bir yoldur. Bu, bizim təbii haqqımızdır. Öz torpaqlarımız bizdən alınıb Ermənistana verilib. Lakin müharibədən sonra imzalanan bəyanata görə, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalı, bütün kommunikasiya yolları açılmalı və Azərbaycanla Naxçıvan arasında əlaqə bərpa olunmalıdır. Müharibəni uduzundan sonra bunu imzaladılar. Amma nə yol açıldı, nə də ordu qalıqları çıxarıldı. Biz ordunu dağıtdıq, məhv etdik. Zəngəzur dəhlizini açmasalar, Azərbaycan buna məcbur edəcək. Ermənistana bu yolu açdıracaq. 38 kilometrlik o yolun açılması bizim təbii haqqımızdır. Türkiyə və Azərbaycan arasındakı məsafə 38 kilometrə enəcək", - diplomat bildirib.

 

"Bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün də önəmlidir. Türkiyə şərqlə qərb arasında əlaqə quracaq", - deyə səfir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü