Modern.az

Ermənistanda türkcə danışan şəxsin həbsini pisləyirik

Ermənistanda türkcə danışan şəxsin həbsini pisləyirik

Qərbi Azərbaycan

18 Avqust 2023, 19:30

"Ermənistanda türkcə danışan şəxsin hücuma məruz qalmasını və həbsini kəskin şəkildə pisləyirik".

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

 

Bəyanatda bildirilib ki, bu hərəkət ölkənin dövlət siyasətində və cəmiyyətində dərin kök salmış irqçilik və ksenofobiyanın növbəti bir bədnam göstəricisidir: "Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bu günlərdə Ermənistanın Karvansara (İcevan) rayonunda bir nəfərin sadəcə türkcə danışmasına görə hücuma məruz qalmasını və onun polis tərəfindən həbs olunmasını kəskin şəkildə qınayırıq. Bu insident Ermənistandan bütün azərbaycanlıların 1987-1991-ci illərdə zorla qovulmasının əsas səbəbi olan bu ölkənin dövlət siyasətində və cəmiyyətində dərin kök salmış irqçilik və ksenofobiyanın növbəti bir bədnam göstəricisidir. Biz dünya ictimaiyyətini bu insidenti pisləməyə və Ermənistanın irqçi siyasətinə son verməsi, ölkədə tolerant mühit yaratması və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq. Biz həmçinin BMT-nin insan hüquqları üzrə ali komissarını, İrçiliqin, irqçi ayrı-seçkiliyin, ksenofobiyan və əlaqədar qeyri-tolerantlığın müasir formaları üzrə BMT-nin xüsusi məruzəçisini, "Human Rights Watch" və "Amnesty International" təşkilatlarını sözügedən insidentlə məşğul olmağa və təqibə məruz qalan şəxsin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atmağa çağırırıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var