Modern.az

Qərbi Azərbaycan həqiqətləri Küveyt mediasında

Qərbi Azərbaycan həqiqətləri Küveyt mediasında

Qərbi Azərbaycan

22 Avqust 2023, 17:24

Küveytin “Q8-press.com” xəbərlər saytında “Qərbi Azərbaycana qayıdış” sərlövhəli məqalə dərc olunub. 

 

Modern.az xəbər verir ki, məqalədə çar Rusiyası tərəfindən Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılan ermənilərin ölkəmizə qarşı düşmənliyinin 200 illik tarixindən və Ermənistanın XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yürütməsindən bəhs edilib. “Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyası süqut etdikdən sonra da davam edib”.  

 

Məqalədə soydaşlarımızın Qərbi Azərbaycandan zorla çıxarılmasının tarixi təsvir edilib, Prezident İlham Əliyevin ötən ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü yada salınıb. Yazıda dövlət başçımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycan İcmasının indiki Ermənistana qayıdışına dair  hüququnun beynəlxalq müstəvidə reallaşdırılması istiqamətində tövsiyələri yer alıb.

 

Qərbi Azərbaycan İcmasının son dövrdəki aktiv fəaliyyəti, Qərbi Azərbaycana “Qayıdış Konsepsiyası” haqqında da məlumat verilib. “Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir”.

 

Soydaşlarımızın təşəbbüsü ilə ərsəyə gələn məqaləni daha ətraflı şəkildə bu linkdən oxumaq mümkündür:

 


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok