Modern.az

QAİ-nin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

QAİ-nin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Qərbi Azərbaycan

23 Avqust 2023, 10:46

Qərbi Azərbaycan İcmasının müraciəti BMT Şuralarının rəsmi sənədləri kimi yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İcmadan bildirilib.

 

Qeyd edilib ki, Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul edib. Həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.

 

"Sənədin sözügedən ali orqanların gündəliyinin irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması, qaçqınların hüquqlarının qorunması, silahlı münaqişələrin qarşısının alınması və sülh quruculuğu, bəndləri altında yayılması Azərbaycanafobiyanın irqi ayrı-seçkiliyin və ksenofobiyanın bir növü və bir beynəlxalq problem kimi təsbit edilməsində, ona qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır. Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə, Ermənistanın xalqımıza qarşı törətdiyi hüquq pozuntularını işıqlandırmaqda və bəzi dairələrin bu məsələ ilə bağlı nümayiş etdirdiyi ikili standart və riyakarlığı ifşa etməkdə davam edəcək", - məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar