Modern.az

Almaniya Bundestaqının komitə sədrinə çağırış

Almaniya Bundestaqının komitə sədrinə çağırış

Qərbi Azərbaycan

31 Avqust 2023, 10:20

Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanat verib.

 

Bu barədə Modern.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

 

"M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinməyi tələb edirik. Mihael Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul apardığı ərazilərin əksəri vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir. Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır" - bəyanatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var