Modern.az

Qərbi Azərbaycanla bağlı mühüm TƏKLİF: Yeni qanun qəbul edilsin

Qərbi Azərbaycanla bağlı mühüm TƏKLİF: Yeni qanun qəbul edilsin

25 Sentyabr 2023, 12:32

“Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.


Modern.az xəbər verir ki, bu təkliflə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxış edib.


“Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğunlaşdırmaq baxımından elə hesab edirəm ki, bu qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”,- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi