Modern.az

Oralar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır - İcma sədri

Oralar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır - İcma sədri

Qərbi Azərbaycan

25 Sentyabr 2023, 12:52

“Sonuncu deportasiya zamanı Ermənistan ərazisində soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə əlimizdə çoxlu faktlar, sənədlər, şahid ifadələri var. Qərbi Azərbaycan İcmasının müraciəti ilə Respublika Baş Prokurorluğu bu istiqamətdə müvafiq addımlar atıb və bu iş davam edir”. 

 

Modern.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib. 

 

“Qərbi Azərbaycana qayıdış konsepsiyasına diqqət yetirsəniz görərsiniz ki, Qərbi Azərbaycan icması nəinki son 100 ildə, bütövlükdə ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyi nəticələrini rədd eləyir.

 

Qərbi Azərbaycan indiki Ermənistan ərazisinin son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqların son qarışına qayıdana qədər mübarizəmiz davam edəcək. Bu tarixi vəzifənin həyata keçirilməsinin hüquqi aspektlərinin müəyyən edilməsində və həyata keçirilməsində hüquqşünaslarımızın bilik və təcrübəsinə böyük ehtiyac var. Bu məqsədlə Qərbi Azərbaycan icmasında Hüquq Komissiyasının formalaşdırılması istiqamətində iş gedir. O komissiyanın bəzi üzvləri bu gün bu tədbirdə də iştirak edir və fürsətdən istifadə edərək bütün hüquqşünaslarımızdan xahiş edirəm ki, bu komissiya ilə yaxından əməkdaşlıq eləsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi