Modern.az

Müxtəlif ölkələrdə Qərbi Azərbaycan İcmasının ofisləri yaradılır

Müxtəlif ölkələrdə Qərbi Azərbaycan İcmasının ofisləri yaradılır

Qərbi Azərbaycan

25 Sentyabr 2023, 20:31

Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatlara və xarici dövlətlərə 100-dən çox bəyanat göndərib.

 

Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmalarının fundamental insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruriliyinin beynəlxalq müstəvidə təsdiqidir.

 

Modern.az xəbər verir ki, bu sözləri “Dövlət siyasətimizin və qələbəmizin uğurları” mövzusunda keçirilən konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

 

Ə.Ələkbərli deyib: "Dünyanın müxtəlif ölkələrində Qərbi Azərbaycan İcmasının ofisləri yaradılmaqdadır. Həmçinin ölkə xaricində yaşayan Qərbi azərbaycanlılar ofislərə cəlb edilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi