Modern.az

Rusiya XİN-dən Zəngəzur dəhlizinin açılması məsələsinə reaksiya: İŞ GEDİR

Rusiya XİN-dən Zəngəzur dəhlizinin açılması məsələsinə reaksiya: İŞ GEDİR

Qərbi Azərbaycan

4 Oktyabr 2023, 15:32

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib ki, onun açılması üzərində işlər Baş nazirlərin müavinlərinin həmsədrliyi altında İşçi qrupu çərçivəsində davam edir.
 

Modern.az xəbər verir ki, Zaxarova bu barədə Moskvada keçirdiyi brifinqdə deyib.


"Ermənistanın Sünik vilayəti vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizi ilə bağlı qərar layihəsi nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvan ilə Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunması üzrə böyük potensialın olduğunu görürük. Əlbəttə, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır", - Zaxarova qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E