Modern.az

Simonyan bunu başa düşə bilmir - İcma

Simonyan bunu başa düşə bilmir - İcma

Qərbi Azərbaycan

25 Oktyabr 2023, 19:18

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

 

İcmadan Modern.az-a daxil olan bəyanatda deyilir: "Tutduğu vəzifənin məsuliyyətini, dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də darmadağın etmişdir. A.Simonyan kimilərinin ikinci Qarabağ müharibəsi zamanı və ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.

 

Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı