Modern.az

Zəngəzurda konsulluq açan dövlətlər onları bağlamağa məcbur olacaqlar

Zəngəzurda konsulluq açan dövlətlər onları bağlamağa məcbur olacaqlar

26 Oktyabr 2023, 09:53

Ermənistan rəsmilərinin “yalan maşını” Zəngəzur dəhlizi ilə bağlı dezinformasiya siyasətinə davam edir. Erməni məmurlar beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısındakı çıxışlarında Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyini iddia edir, dünyanı özlərinin saxta məliumatlarına inandırmağa çalışırlar.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nüfuzlu POLITICO nəşrinə açıqlamasında deyib ki, Ermənistanla dəhlizin açılması məsələsində razılığa gələ bilmədikdən sonra Azərbaycanın Zəngəzuru ələ keçirmək planı yoxdur.

"Bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub.
Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var”, - Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər.

Ermənistan isə Zəngəzur bölgəsində xarici ölkə konsulluqlarının sayını artırmaq istiqamətində çalışır. İranın ardınca Rusiya və Fransa da Qərbi Zəngəzurda konsulluq açmağa hazırlaşır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, digər ölkələr də Zəngəzurda diplomatik nümayəndəliklər açmaq istəyirlər. Yəqin bu dövlətlərdən biri də Kanada olacaq. Bu ölkə dünən İrəvanda öz səfirliyini açıb.

Politoloq Elxan Şahinoğlu bildirib ki, bu dövlətlər İrəvanın ağlaşmalarına və Qərb mediasında “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirəcək” səpgili yazılara o qədər inanıblar ki, konsulluq vasitəsilə buna mane olacaqları qənaətindədirlər.

“Zəngəzur dəhlizinə marağımız azalıb, Ermənistan ərazisinə də müdaxilə etmək planımız yoxdur, bu ölkələr konsulluq xidmətləri açmaqla boşuna pul xərcləyəcəklər, illər keçdikdən sonra da bağlamaq məcburiyyətində qalacaqlar. Çünki konsulluq xidmətlərinin məqsədi həmin ərazilərdə vətəndaşlarına xidmət etməkdir, Fransanın Qərbi Zəngəzurda konsulluğuna müraciət edəcək nə qədər vətəndaşı var?”, - E.Şahinoğlu deyib.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…