Modern.az

Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən DANIŞDI

Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən DANIŞDI

Qərbi Azərbaycan

26 Oktyabr 2023, 16:02

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizinin tikintisindən danışıb.


Modern.az-ın məlumatına görə, Overçuk jurnalistlərə açıqlamasında Ermənistanın Meğri məntəqəsindən keçən yolun tikintisi vasitəsilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı məsələsini şərh edib.

Onun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur bölməsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir.
 

“Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Meğridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”.
 

Overçuk deyib ki, artıq Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun da tikintisinə dair memorandum imzalayıblar.

“Bu yollar Ermənistandan yan keçməklə, çayın o biri sahili ilə çəkiləcək”.

O qeyd edib ki, İrandan keçməklə Naxçıvana və oradan da Türkiyə ilə sərhədə çıxışı olan yolun tikintisi uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir.

“Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi, bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir, bütün fərq budur: iki körpü və 8 km”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…