Modern.az

Fransada Qərbi Azərbaycanla bağlı İctimai Birlik yaradıldı

Fransada Qərbi Azərbaycanla bağlı İctimai Birlik yaradıldı

Qərbi Azərbaycan

2 Noyabr 2023, 13:54

Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən "Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ" İctimai Birliyi yaradılıb.

 

Modern.az xəbər verir ki, təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

 

“Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.

 

İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok