Modern.az

İrəvana, Göyçəyə, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər

İrəvana, Göyçəyə, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər

Qərbi Azərbaycan

6 Noyabr 2023, 11:15

Xankəndidə məskunlaşmış erməni əhalinin geri qayıtması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan Qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı?

 

Modern.az xəbər verir ki, bunu “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı kitabın II cildinin təqdimatı zamanı Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

 

O bildirib ki, son 200 ildə fərdi və milli sərvətlərimiz ən azı 7 dəfə yağmalanıb. Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımdan daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir. Lakin Azərbaycan dövləti heç vaxt Ermənistandan indiki qədər güclü olmayıb.

 

Milli Məclisin deputatı əlavə edib: “Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparan Prezident İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Prezident İlham Əliyev tarixə torpaq qaytaran “Zəfər Komandanı” kimi düşdü. Ona görə də dövlətimizin başçısının dediyi: “...kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər?” sözləri məğlubiyyəti və güzəşti deyil, qələbəni hədəf seçən səfərbərlik şüarıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok