Modern.az

“Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək

“Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək

Qərbi Azərbaycan

13 Noyabr 2023, 12:08

Noyabrın 23-24-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana Qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycan: Böyük Qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcək.

 

Modern.az xəbər verir ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Festivalda bir sıra rəsmi qonaqlarla yanaşı, ölkəmizin və Türkiyənin qabaqcıl ali təhsil müəssisələrinin rektorları və tədqiqatçılarının iştirakı nəzərdə tutulur.

 

Bu festival və konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok