Modern.az

Ararat Mirzoyan Londondakı “Çatam Haus”da Azərbaycandan BƏHS ETDİ

Ararat Mirzoyan Londondakı “Çatam Haus”da Azərbaycandan BƏHS ETDİ

Qərbi Azərbaycan

15 Noyabr 2023, 11:30

Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş-müzakirə keçirilib.
 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı həm Ermənistan-Böyük Britaniya münasibətləri sahəsində, həm də regional hadisələr kontekstində geniş spektrli məsələlərin müzakirə edildiyi bildirilir.

 

Nazir Mirzoyan Ermənistanın xarici siyasət prioritetlərini, son regional hadisələri, eləcə də Ermənistanın beynəlxalq platformalarda iştirakı ilə bağlı bir sıra məsələlərə hərtərəfli toxunub.

 

A.Mirzoyan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olması, qonşularla münasibətlərin tənzimlənməsi ilə bağlı Ermənistan Respublikasının mövqeyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin təklif etdiyi imkanlardan da danışıb.

 

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən bəhs edən və Ermənistanın sülh gündəliyinə sadiqliyini bildirən nazir deyib ki, erməni tərəfinin yanaşmaları əsasən Qranadada qəbul edilmiş dördtərəfli bəyannamədəki prinsiplərdə ifadə olunub. O, Azərbaycanın bu prinsiplərə əsaslanan sülh prosesinin davam etdirilməsinə qeyd-şərtsiz sadiqliyinin və beynəlxalq tərəfdaşların güclü dəstəyinin vacibliyini vurğulayıb.

 

Məlumata görə, tədbirdə Qarabağdan Ermənistana köçən ermənilərin ilkin ehtiyaclarının və hüquqlarının həlli ilə bağlı məsələlərə də toxunulub.

 

Mirzoyan iştirakçıların bir sıra suallarını cavablandırıb.

 

Görüşün sonunda Ararat Mirzoyan institutun direktoru Bronven Maddoks ilə qısa söhbət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?