Modern.az

Ermənistan Gorus aeroportunu açmaq İSTƏYİR

Ermənistan Gorus aeroportunu açmaq İSTƏYİR

Qərbi Azərbaycan

18 Noyabr 2023, 11:14

Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyi Gorus hava limanının yenidən işə salınması üçün ilkin araşdırmalar aparır.

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu adı çəkilən nazirlikdən bildiriblər.
 

“Nəzərinizə çatdırırıq ki, nazirlik Gorus hava limanının yenidən işə salınması, o cümlədən binanın və uçuş-enmə zolağının bərpası ilə bağlı ilkin araşdırma aparır”, - deyə məlumatda deyilib.

Nazirlikdən onu da qeyd ediblər ki, bərpa işlərinin dəyəri və müddəti tədqiqatlar başa çatdıqdan sonra müzakirə oluna bilər.

Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, hakimiyyət Gorus aeroportunu bərpa etmək niyyətindədir.

Qeyd edək ki, Gorus hava limanı Xot kəndi yaxınlığında yerləşir. O, 70-ci illərin sonlarında tikilib fəaliyyətə başlayıb, gündə 8-ə qədər uçuş qəbul edirdi. İrəvandan buraya An-2 və Yak-40 təyyarələri uçurdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok