Modern.az

Gəncə Dövlət Universitetində Qərbi Azərbaycana qayıdış müzakirə olundu

Gəncə Dövlət Universitetində Qərbi Azərbaycana qayıdış müzakirə olundu

28 Noyabr 2023, 11:48

Gəncə Dövlət  Universitetinin Filologiya fakültəsində “Qərbi Azərbaycana böyük qayıdış konsepsiyası” mövzusunda  tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırım və deportasiya siyasəti barədə danışıb.

 

Prorektor Qərbi Azərbaycan İcması və Qayıdış Konsepsiyası haqqında söhbət açıb.  Diqqətə çatdırıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoymuşdur.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 Günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya  bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından didərgin  düşən bütün Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırdı.

 

Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi, GDU-nun professoru Mübariz Yusifov mövzu ilə bağlı fikirlərini bölüşüb, bu sahədə görülən işlər və gələcək perspektivlər haqqında söhbət açıb.

 

Tədbirdə Tarix-coğrafiya fakültəsinin əməkdaşı Arifə Əhmədli tarixə nəzər salaraq Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və ermənilərin soydaşlarımıza qarşı törədikləri vandalizm aktlarından bəhs edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok