Modern.az

Litva Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir - İcma

Litva Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir - İcma

30 Noyabr 2023, 11:10

Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkib və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

 

Qeyd edilib ki, Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir.

 

"Yəqin ki, bir neçə il öncə litvalı diplomatların keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından litvalı deputatlar xəbərdardırlar.

 

Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir. Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok