Modern.az

Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir - İcma

Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir - İcma

Qərbi Azərbaycan

1 Dekabr 2023, 15:50

Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir.

 

Modern.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

 

Bildirlib ki, Avropa İttifaqı ATƏT-nin Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.

 

Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.

 

Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok