Modern.az

Litvalı jurnalist Qərbi Azərbaycan İcmasında

Litvalı jurnalist Qərbi Azərbaycan İcmasında

Qərbi Azərbaycan

4 Dekabr 2023, 22:01

Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.

 

Modern.az xəbər verir ki, İcmada Litvadan olan hərbi jurnalist Riçardas Lapaitis ilə İcmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynov arasında görüş keçirilib. Görüş zamanı Şura sədri litvalı qonağa indiki Ermənistan ərazisində son 200 ildə soydaşlarımızın başlarına gətirilən fəlakətlər, deportasiyalar barədə məlumat verib.

 

Riçardas Lapaitis öz növbəsində Azərbaycan xalqının başına gətirilən fəlakətlərə hələ Xocalı soyqırımı zamanı şəxsən şahid olduğunu, Qərbi Azərbaycanlıların yaşadıqları ağrı-acı barədə də araşdırmalar aparacağını bildirib. Görüşün ardından İcma sözçüsü Ülviyyə Zülfiqar Litvalı qonağı sonuncu 1987-91-ci illər deportasiyasına aid olan fotoşəkillərdən ibarət sərgi ilə tanış edib, əlavə məlumatlar verib.

 

Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan artıq ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı