Modern.az

Qərbi Azərbaycanlıların haqq səsini dünyaya çatdırmalıyıq - Deputat

Qərbi Azərbaycanlıların haqq səsini dünyaya çatdırmalıyıq - Deputat

Qərbi Azərbaycan

6 Dekabr 2023, 11:10

“Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi. Lakin qazandığımız Qələbə bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda dekabrın 6-da keçirilən ictimai dinləmə zamanı səsləndirib.

 

O, gənclərə müraciət edərək deyib ki, qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə catdırmaq kimi onların üzərinə böyük tarixi məsuliyyət düşür:

 

“İndi hər biriniz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq, qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok