Modern.az

"Gənclər siyasətində Qərbi Azərbaycana qayıdış təbliğ olunmalıdır"

Qərbi Azərbaycan

6 Dekabr 2023, 11:40

“Azərbaycanda gənclər siyasəti hər zaman prioritet olub. Gənclər bütün dünyada aparıcı qüvvədir və buna görə onların hansı ideyanı, fikri dəstəkləməsindən çox şey asılıdır”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavinin İndira Hacıyeva parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə bildirib. 

 

“Gənclər tarixən önəmli missiyalarda fəallıq göstərib. Gənclər siyasətində Qərbi Azərbaycan torpaqlarına qayıdış geniş şəkildə təbliğ olunmalıdır. Bu gün Azərbaycanda 2 milyon 100 mindən artıq gənc var. Bu kütlə tərəfindən aparılan siyasət şüurlu şəkildə dərk edilməli və təbliğ olunmalıdır. Gənclərin bir qismi virtual məkana üz tuturlar. Buna görə virtual məkanda keçirilən tədbirlərə geniş yer verilməlidir. Onu da bildirim ki, Qərbi Azərbaycanla bağlı növbəti il 20 xüsusi tədbirlər planı hazırlanıb. Onların əsas iştirakçıları da gənclər olacaq”,- deyə nazir müavini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok