Modern.az

Qərbi azərbaycanlıların deportasiya olunması günü qeyd edilsin - TƏKLİF

Qərbi azərbaycanlıların deportasiya olunması günü qeyd edilsin - TƏKLİF

Qərbi Azərbaycan

6 Dekabr 2023, 11:50

6 dekabrın Qərbi azərbaycanlıların deportasiya olunması günü kimi qeyd olunması təklif olunub. 

 

Modern.az xəbər verir ki, bu təkliflə parlamentdə keçirilən  “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda dinləmədə deputat Musa Quliyev çıxış edib.

 

“Təklif edirəm ki, dekabrın 6-sı və ya bu ayın başqa gününü Qərbi azərbaycanlıların deportasiyası günü kimi təqvimdə dəyişiklik edək. Dinləmənin bu günə salınması təsadüfi deyil. Çünki məhz 1988-ci ilin 6 dekabrında Nüvədi kəndi istisna olmaqla Qərbi Azərbaycanda azərbaycanlıların sonuncu deportasiyası başa çatıb. Bu gün də həmin deportasiyanın 35 ilidir”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok