Modern.az

Prezidentin dəmir iradəsi bizi Qərbi Azərbaycana qaytaracaq - Komitə sədri

Prezidentin dəmir iradəsi bizi Qərbi Azərbaycana qaytaracaq - Komitə sədri

6 Dekabr 2023, 12:03

“Qərbi Azərbaycana qayıdış ideyası Vətən müharibəsindəki qələbədən sonra reallaşmağa başlayıb”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentdə  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə bildirib. 

 

“Ona qədər hamımızın bir fikri var idi ki, torpaqlarımızı mənfur düşmənlərdən azad edək. Bu qələbədən sonra qarşımızda duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır. Biz top, tüfən və tanklarla yox, sülh yolu ilə qayıtmaq istəyirik. Çünki bizim buna haqqımız var. Ora ata-baba torpaqlarımızdır. Çoxumuz valideyni orada dəfn olunub. Biz valideynlərimizin qəbrini ziyarət edə bilmirik. Ona görə də həm mənəvi, həm də hüququ cəhətdən haqqımız var ki, ata-baba yurdumuza qayıdaq. Arada Ermənistan telekanallarına baxıram və İcma yarandıqdan sonra onlarda böyük təşviş yaranıb. Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə qeyd etdi ki, belə bir qurumun yaranması Ermənistan dövlətçiliyi üçün təhlükə təşkil edir. Bizim məqsədimiz ora dinc yolla qayıdıb yaşamaqdır. Necə ki, "Dəmir yumruq" bizi Qarabağa qaytardı, cənab Prezidentin dəmir iradəsi bizi Qərbi Azərbaycana qaytaracaq. Deportasiyalara münasibət Azərbaycana rəhbərlik edənlər tərəfindən birmənalı olmayıb, hətta bəziləri tərəfindən ögey münasibət olub. Deportasiyaların keçmişdə Azərbaycanda rəhbərlik edənlərin razılığı ilə olmasını da unutmamalıyıq. Qərbi Azərbaycandan deportasiya olunanların problemlərinin həlli, bu deportasiyalara hüquqi və siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə verilib”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok